Özəl internet xidmətləri təminatçıları ilə müzakirələr aparılıb

2022.10.07 17:35 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində bir qrup özəl internet xidmətləri təminatçıları (provayderlər) ilə görüş keçirilib.

Görüşdə çoxmənzilli yaşayış binalarında fəaliyyətlə bağlı provayderlərin qarşılaşdıqları çətinliklər və haqsız rəqabət halları ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, istehlakçılardan Dövlət Xidmətinə daxil olan müraciətlər əsasən internetin sürətinin zəif olması, internet xidmətlərinin göstərilməsindən imtina edilməsi, istehlakçılardan əlavə ödənişlərin tutulması, ödənilən vəsaitin qaytarılmaması və digər məsələlərlə bağlıdır.

Tədbirdə istehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, xidmətdən əsassız imtina hallarına yol verilməməsi, xidmət haqqında istehlakçılara düzgün və dolğun məlumat verilməsi, istehlakçı müraciətlərinin araşdırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.