Avans ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan məbləğə aid edilirmi?

2022.10.07 12:10 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin və xidmətin) təqdim edilməsi vergi tutulan əməliyyat hesab edildiyindən alınmış avans məbləğləri üzrə malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt vergi tutulan əməliyyat baş tutmuş olur.

Buna əsasən sorğuda göstərilən halda müəssisəyə ödənilən avans məbləğləri vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan 200.000 manat həddinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 155-ci maddələri.