ƏDV məbləği hansı halda malların və ya xidmətlərin dəyərinə əlavə edilir?

2022.10.06 10:05 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi tərəfindən mallar, eləcə də xidmətlər əldə olunarkən ödənilən ƏDV məbləği Vergi Məcəlləsinin müddəalarına əsasən əvəzləşdirilə bilmədikdə, ƏDV məbləği həmin malların və ya xidmətlərin dəyərinə əlavə edilir. Qeyd olunan mal və ya xidmətlər üzrə çəkilən xərclər gəlirin əldə olunması ilə bağlı olduqda, həmin xərclər vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 175-ci maddələri.