Satılmış təsis payına görə vergi öhdəliyi

2019.08.28 14:40 (UTC+04:00)

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi fiziki şəxslərin gəlir vergisindən azaddır. Əldə olunan gəlirin qalan hissəsi isə Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsi, 102.1.27-ci maddə