Ötən ay Dövlət  Neft  Fondunun valyuta satışları 5,6% artıb

2022.10.04 15:43 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin sentyabr ayı ərzində 465,3 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Fondun yaydığı məlumatlara əsasən, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə valyuta satışının həcmi 100.1 mln. dollar və ya 17,7% azalıb.

Bu ilin avqust ayı ilə müqayisədə isə satışların həcmində 24,8 mln. dollar və ya 5,6% artım qeydə alınıb.