Azərbaycan Özbəkistandan xalça idxal edən ölkələrin ilk beşliyinə daxil olub

2022.10.04 13:36 (UTC+04:00)

“Vergiler.az” Özbəkistan Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu kateqoriya məhsul üzrə ölkənin ümumi ixracının həcmi dəyər ifadəsində 22 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 mln. dollar azdır.

Cari ilin ilk 8 ayında Azərbaycana 3 mln. dollar dəyərində məhsul göndərilib. Azərbaycan Özbəkistandan xalça idxal edən ölkələr arasında ikinci yerdədir. Birinci yerdə Qırğızıstan (12,7 mln. dollar), üçüncü yerdə isə Əfqanıstan və Rusiya qərarlaşıb ki, bu ölkələrin hər birinə 2,2 mln. dollar dəyərində məhsul ixrac edilib. İdxalçı ölkələr arasında dördüncü yeri Qazaxıstan (843 min dollar), beşinci yeri isə ABŞ (358 min dollar) tutur.

Ümumilikdə hesabat dövründə özbək xalçaları dünyanın 13 ölkəsinə tədarük edilib.