Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılmasından 1 il keçir. Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik Sənaye Parkı regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm mexanizmdir. Hazırda rezident olmaq üçün 30 mln. manat çox investisiya dəyərində 6 layihəyə baxılır. Bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq. Sənaye Parkının ilk rezidenti KAMAZ Lizinq Azərbaycan isə artıq tikinti işlərinə başlayıb." - nazir qeyd edib.