DVX-nin ali təhsil müəssisələrinin tələbələri üçün təşkil etdiyi Yay Təcrübə Proqramı Video

2022.10.04 10:30 (UTC+04:00)

Dövlət Vergi Xidməti bu il ilk dəfə olaraq ali təhsil müəssisələrinin tələbələri üçün Yay Təcrübə Proqramı təşkil edib. Bir neçə mərhələdən ibarət seçim prosesi əsasında proqrama qoşulan tələbələr DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsinə qatılıb, daha sonra Xidmətin ayrı-ayrı struktur bölmələrində təcrübə keçiblər.