Bu ilin 9 ayında Azərbaycan nefti 11 faizdən çox bahalaşıb

2022.10.04 10:05 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 107,22 ABŞ dollarına bərabər olub.

“Vergiler.az”ın SOCAR-ın statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 38,95 dollar və ya 57 faiz çoxdur.

Cari ilin ilk doqquz ayında ən yüksək göstərici (martın 8-i) 135,99 dollar təşkil edib, ən minimal göstərici isə (yanvarın 4-ü) 82,49 dollar səviyyəsində olub.

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan neftinin qiyməti 11,1 faiz və ya 9,19 dollar artıb.