İstanbulda Birgə Maliyyə Strateji Sənədinin təqdimatı olub

2022.10.03 17:00 (UTC+04:00)

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbulda keçirilən Birgə Maliyyə Strateji Sənədinin təqdimatında iştirak etdik.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Sənəd qlobal çağırışlar fonunda maliyyə sisteminin alternativ maliyyələşdirmə alətləri vasitəsilə inkişafına, 2022-2025-ci illər ərzində hüquqi, idarəetmə və institusional infrastuktunun təkmilləşdirilməsinə önəmli töhfə verəcəkdir". - nazir qeyd edib.