Birjalarda neft qiymətləri

2022.10.03 12:20 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,36 dollar artaraq 87,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,23 dollar bahalaşaraq 81,72 dollar olub.