Dövlət Neft Fondu "Şahdəniz"dən gəlirini açıqladı

2019.04.29 14:38 (UTC+04:00)

Azərbaycan Respublikası Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb. Fonddan verilən məlumata görə, 2019-cu ilin ilk 3 ayında AÇG yatağından 2 milyard 243 milyon ABŞ dolları məbləğində gəlir götürülüb. 2001-ci ildən bu il aprelin 1-dən bu layihədən DNF-in gəliri ümumilikdə 140 milyard 450 milyon ABŞ dolları olub. Birinci rübdə Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri isə 91 milyon ABŞ dolları olub. Yataq üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən 2019-cu il aprelin 1-dək ) isə 2 milyard 506 milyon ABŞ dolları olub.