Səkkiz ayda “Azexport.az” portalına 321,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub

2022.09.30 14:52 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında “Azexport.az” portalına 321,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında bildirir ki, bu ilin avqustunda “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 32,8 milyon dollardır. Avqustda “Azexport.az” portalına edilən ixrac sifarişlərinin tərkibində alma, xurma, pambıq yağı, fındıq ləpəsi, günəbaxan yağı, un, qarğıdalı yağı, tütün, tibbi tənzif, fındıq qabığı və sair məhsullar üstünlük təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvarından 2022-ci il avqustun 30-dək (68 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,12 milyard dollar olub.