Avqustda orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 40,1 faiz artıb

2022.09.29 15:06 (UTC+04:00)

Avqust ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 40,1 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, ötən ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 263,7 manat idisə, avqust ayında bu məbləğ artaraq 369,4 manat təşkil edib.