Fintexlərin sayı iki dəfə artıb

2022.09.29 13:48 (UTC+04:00)

COVID-19 pandemiyasının davam etdiyi 2020-2022-ci illərdə fintexlərin sayı 2 dəfə artıb.

Bu barədə Bakıda keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah” adlı konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.

O bildirib ki, 2020-ci ildə fintexlərin sayı 15 min idisə, bu il bu rəqəm 30 min təşkil edib. Fintexlərin illik gəliri 80 milyard ABŞ dollarını ötüb.