İndiyədək 40 min 438 vətəndaş ipoteka kreditlərindən faydalanıb

2022.09.29 11:47 (UTC+04:00)

İndiyədək 40 min 438 vətəndaş ipoteka kreditlərindən faydalanıb.

Bu barədə İpoteka və Kredit Zəmanəti Fondunun ipoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev deyib.

O qeyd edib ki, bu, 50 regionu əhatə edir. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 285 milyon 670 min 367 manatdır. Bu kreditlərin təxminən 33 faizi güzəştli kateqoriyalar aid şəxslərə, 69 faizi gənc və gənc ailələrə, 22 faizi isə regionlarda verilib.