Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr) haqda məlumat nəzarət-kassa aparatının çeklərində qeyd olunmalıdır.
Sorğunuzda qeyd olunan halda, müvafiq xətanın aradan qaldırılması üçün məhsulu aldığınız satış nöqtəsinə müraciət edə bilərsiniz.
Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16-cı və 50-ci maddələri.