Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artıb.
Mərkəzi Bankdan bildirilib ki, 2022-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 235 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 708 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 524 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Avqust ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 45 faizini təşkil edib.