- Cənab Batdelger, sizcə, bu gün Azərbaycan və Monqolustan arasında əlaqələrin inkişafında əməkdaşlığın hansı sahələri daha aktualdır?
- Öncə qeyd edim ki, bu, mənim Bakıya ilk səfərimdir və bu bənzərsiz şəhəri çox bəyəndim.
Azərbaycan və Monqolustan bir-birindən çox uzaqda yerləşir. Monqolustan Rusiya və Çin arasındadır, dənizə çıxışı yoxdur və rezervasiyalardan çox uzaqdır, buna görə də iqtisadi əməkdaşlıq baxımından imkanları çox məhduddur.
Azərbaycanla Monqolustan arasında nəqliyyat çox baha olduğundan, iqtisadi korporasiya qurmaq çətindir. Lakin ölkələrimizin iqtisadiyyatlarında ümumi xüsusiyyət var: hər iki ölkənin iqtisadiyyatında mədənçilik xüsusi yer tutur.
Monqolustandan mis və kömür ixrac edirik, Azərbaycanın iqtisadiyyatında neft və neft məhsulları üstünlük təşkil edir. Bu baxımdan, bir-birimizdən öyrənə biləcəyimiz çoxlu təcrübələr var.
Azərbaycan təbii sərvətlərdən əldə etdiyi gəlirləri çox yaxşı idarə edir. Monqolustan Azərbaycanın təcrübəsindən öyrənməlidir. Düşünürəm ki, bu sahədə ən ümumi və ən praktik təcrübələrin yaxın gələcəkdə reallaşdırılması mümkündür.
- Qlobal iqtisadiyyatda mövcud vəziyyət inkişaf etməkdə olan bazarlara necə təsir edir və ölkələr bu mənfi təsiri neytrallaşdırmaq üçün hansı tədbirləri görə bilər?
- Bir çox ölkələrin, xüsusən də inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında çətin vəziyyət yaranıb. Ən ümumi problemlərdən biri COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə bağlı hökumətin yürütdüyü pul və fiskal siyasət nəticəsində qiymətlərin artmasıdır. Yəni sosial ehtiyaclara, dövlət xərclərinə çox pul tələb olunur ki, bu da qiymətlərə təzyiqi artırır. Beləliklə, istehlak qiymətləri yüksəlir, bu, iqtisadiyyata mənfi təsir göstərir. Ona görə də ölkələr inflyasiya problemi ilə üzləşirlər.
İnflyasiyanın azaldılması üçün fiskal və monetar siyasətdə çoxlu nizam-intizam, sərtləşdirmə tədbirləri görmək tələb edilir. Nəticədə bir çox ölkələr fiskal və pul siyasətini sərtləşdirirlər.
- İndiki şəraitdə kollektiv tədbirlər dünyada yüksək inflyasiyanın öhdəsindən gəlməyə kömək edə bilərmi, yoxsa bu istiqamətdə mübarizə ölkə səviyyəsində aparılmalıdır?
- Bir çox ölkələr daxili inflyasiyanı aşağı salmağa çalışırlar, amma Monqolustan və Azərbaycan kimi xaricdən çoxlu mal idxal edən ölkələr üçün bu, asan deyil, bizdə inflyasiya ölkəyə xaricdən idxal olunur.
Beləliklə, inflyasiya ölkə daxilində qiymətlərin tənzimlənməsini çətinləşdirir. Bu o deməkdir ki, hələ yaxın gələcəkdə də ölkələr inflyasiya ilə mübarizə aparacaqlar. Bu, ölkə daxilində gedən iqtisadi proseslərlə deyil, idxal qiymətləri ilə bağlı olacaq.
Müsahibəni hazırladı:
Tamilla MƏMMƏDOVA