Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 34,3 milyon manat subsidiya ödənilib

2022.09.26 12:37 (UTC+04:00)

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“2020-ci ilin iyun ayından bu il sentyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 milyon manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 milyon manat zəmanət verilib. Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 34,3 milyon manat subsidiya ödənilib”, - deyə nazir əlavə edib.