Avqustda fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 18,2 min nəfər artıb

2022.09.26 12:22 (UTC+04:00)

Cari ilin avqust ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 18,2 min nəfər və ya 0,39 faiz artıb. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin 1 sentyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 4,74 milyon nəfər təşkil edib.