Türkiyənin dövlət başçısı ABŞ-ı polad və alüminiuma tətbiq edilən rüsumları qaldırmağa çağırıb

2022.09.26 13:30 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türkiyə-Amerika İş Şurasının iclasında çıxışı zamanı ABŞ tərəfindən Türkiyənin polad və alüminium məhsullarına tətbiq olunan idxal rüsumlarının ikitərəfli ticarətə zərərli olduğunu deyib: "Ticarət əlaqələrimizin potensialından tam istifadə etmək üçün hələ də hökumət səviyyəsində atılması lazım olan addımlar var. 2018-ci ildə tətbiq edilən birtərəfli proteksionist tədbirlər, polad və alüminium üçün əlavə gömrük rüsumları ticarət əlaqələrimizə xələl gətirir. Bu rüsumların ləğv edilməsi bizim ümumi işimizdir", - Türkiyə Cümhuriyyətinin Prezidenti bəyan edib.