Tikinti sektorunda əlavə dəyər artıb

2022.09.23 16:14 (UTC+04:00)

Qeyri-neft sektorunun inkişafında prioritet sahələrdən olan tikinti sektorunda bu ilin 8 ayında ötən ilin müvafiq dövrünə nisbətən əlavə dəyər 14% artıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında yazıb ki, emal sənayesində əlavə dəyər 4,2%, qeyri-neft emal sənayesində isə 12,7% artıb.