5.005 kredit üzrə sahibkarlara 65,9 mln. manat faiz subsidiyası ödənilib

2022.09.23 13:13 (UTC+04:00)

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

Nazir qeyd edib ki, 1 sentyabr 2022-ci il tarixinə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə kredit qalığı 850,3 mln. manat olan 5.023 müraciət üzrə 69,4 mln. manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.