Qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi artıb

2022.09.23 11:33 (UTC+04:00)

Qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi bu ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

Nazir əlavə edib ki, bu, iqtisadi artımın davamlı olması və işgüzar fəallıq üçün mühüm göstəricidir: “Bu göstərici 2021-ci ilin yanvar-avqust aylarında 2020-сi ilin eyni dövrünə nisbətən 11,3% aşağı idi”.