Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) İqtisadi Əməkdaşlıq və Ticarət üzrə direktoru Elizabet Tuerk ilə görüşüb.
KOBİA-dan bildirilib ki, nümayəndə heyətinin Cenevrəyə səfəri çərçivəsində keçirilmiş görüşdə Agentliyin fəaliyyəti haqqında məlumat verilib, bizneslərin davamlılığının təmin edilməsinə, onların yaşıl iqtisadiyyatda roluna, KOB-ların innovativ inkişafına, dövlət-özəl sektor tərəfdaşlığına dair fikir mübadiləsi aparılıb.