Avqustda dəmir yolu ilə 349,8 milyon dollarlıq yük daşınıb

2022.09.22 11:23 (UTC+04:00)

Avqustda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 658 min 878 ton yük daşınıb ki, bu yüklərin dəyəri 349,8 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 222 min 233 ton yükün dəyəri 81,2 milyon dollar təşkil edib.
Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 436 min 644 ton, dəyəri isə 268,6 milyon dollar olub.