“Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1.732 sahibkara 72,1 milyon manat, o cümlədən 1.725 kiçik və orta həcmli layihəyə 53,4 milyon manat güzəştlikredit verilib”. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Bu kreditlər hesabına 1.690 yeni iş yerinin açılması imkanı yaranıb. Güzəştli kreditlərin 71,4%-i aqrar sektorun, 28,6%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı və s. sahələrin, o cümlədən vəsaitlərin 88,2%-i regionların, 11,8%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür”, - deyə nazir əlavə edib.