“Azərbaycan qlobal Dayanıqlı İnkişaf Məqsədləri İndeksində” mövzusunda tədbir keçirilir

2022.09.21 15:27 (UTC+04:00)

Sentyabrın 21-də İqtisadiyyat Nazirliyinin və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan qlobal Dayanıqlı İnkişaf Məqsədləri İndeksində” mövzusunda tədbir keçirilir.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə götürülən öhdəliklərin həyata keçirilməsinin ölkəmizdə dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu, ötən müddətdə sosial, iqtisadi, ətraf mühit sahələrini əhatə edən 30-dan çox dövlət proqramları, strategiyalar və tədbirlər planlarının DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edildiyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Anreyeva BMT və Azərbaycan arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə BMT-nin müxtəlif qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, ölkəmizin DİM-lərin həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb.