Bu ilin yanvar-avqust aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 84 milyard880,4 milyon manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,3% artaraq 43 milyard 303,5 milyon manat olub.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: “Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib. Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-avqust aylarına nisbətən cəmi 5,7% artmışdı”.