İran Azərbaycandan keçməklə Rusiyadan sutkada 9 milyon kubmetr qaz alaraq cənub regionlarının yaşayış məntəqələrini təbii qazla təmin edəcək.
Bununla bağlı Rusiya və İranın müvafiq qurumlarının rəhbərləri razılıq əldə ediblər. Cari ilin iyul ayında Moskvada İranın “NİOC” dövlət neft şirkəti ilə Rusiyanın “Qazprom” dövlət şirkəti arasında qaz satışı ilə əlaqədar 40 milyard dollar dəyərində müqavilə imzalanıb.
Nəzərə çatdıraq ki, ötən ilin noyabrında İranla Azərbaycan arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan İrandan keçməklə Türkmənistandan qaz alır. Tranzit əvəzinə İran nağd vəsait deyil, təbii qaz alaraq cənub regionlarının təbii qaza olan tələbatını ödəyir.