Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri artıb

2022.09.19 16:34 (UTC+04:00)

Portfel investisiyaları üzrə daxilolmalar 10,7 milyon dollar, ödənişlər isə 444,6 milyon dollar təşkil edib.
Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 280,5 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 153,4 milyon dollar azalıb. Nəticədə portfel investisiyaların axınları üzrə 433,9 milyon dollar mənfi saldo yaranıb. Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən dövlət (51,2 milyon dollar), bank (55,6 milyon dollar) və digər (168,9 milyon dollar) sektorların və kapitalda iştiraka təminat verən qiymətli kağızların (4,8 milyon dollar) hesabına artıb. Öhdəliklər isə dövlət (1,4 milyon dollar), bank (102,1 milyon dollar) və digər (49,9 milyon dollar) sektorların hesabına azalıb.