Fiziki şəxs istehsal etdiyi məhsulu satışa çıxara bilərmi?

2022.09.20 10:43 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, istehsal fəaliyyətini həyata keçirmək üçün vergi qanunvericiliyində sahibkarlıq fəaliyyətinin fiziki və ya hüquqi şəxs olaraq həyata keçirilməsi ilə bağlı xüsusi tələb və ya məhdudiyyət nəzərdə tutulmamışdır. Sorğuda qeyd olunan fəaliyyəti hər iki formada həyata keçirmək mümkündür.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz