Əsas kapitalın 5,7 faizi evlərin tikintisinin payına düşüb

2022.09.16 17:24 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 117 milyon manat və ya 2021-ci il ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ümumi sərmayənin 5 milyard 306,3 milyon manatı və ya 58,2 faizi məhsul istehsalı sahələrinin, 3 milyard 292 milyon manatı (36,1 faizi) xidmət sahələrinin, 518,7 milyon manatı (5,7 faizi) isə evlərin tikintisinin payına düşüb.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 75,1 faizini təşkil edib.