Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 17,9 faizi tikinti sahəsinə ayrılıb

2022.09.16 14:55 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 43,7 faizi sənaye, 28,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 17,9 faizi tikinti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, sözügedən vəsaitin 2,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,4 faizi informasiya və rabitə, 1,1 faizi təhsil, 0,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi maliyyə və sığorta fəaliyyəti, 0,5 faizi turistlərin yerləşdirilməsi, ictimai iaşə və digər sahələrə ayrılıb.