Yanvar-avqust aylarında Azərbaycandan 17 milyon 983,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri 13 milyard 724,3 milyon ABŞ dolları olub. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Xatırladaq ki, 2021-ci ilin eyni aylarında ölkədən 18 milyon 771,1 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 8 milyard 498,8 milyon dollar təşkil edib.