Əmək qanunverciliyinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət

2022.09.19 10:18 (UTC+04:00)

Məcəllənin 194-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə tətbiq edilir.
Kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlar sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etməlidir.
İnzibati Xətalar Məcəlləsinin 195.1-ci maddəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə 1.000 manatdan 1.500 manatadək məbləğdə cərimə tətbiq edilir.
Məcəllənin 195.2-ci maddəsində isə qeyd olunub ki, müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumatın verilməməsinə görə 80 manatdan 100 manatadək məbləğdə cərimə tətbiq edilir.
Məcəllənin 196-cı maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslər 1.000 manatdan 1.500 manatadək məbləğdə cərimə edilir.
Misal 1: “A” müəssisəsinin işçiləri həmkarlar ittifaqları təşkilatının üzvüdür. Həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından üzvlük haqqları müəssisənin mühasibatı vasitəsilə tutularaq 4 iş günü müddətinə həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməli olduğu halda, əməkhaqqından tutulub, lakin həmkarların hesabına ödənilməyib.
Bu halda inzibati cərimə tətbiq ediləcək.
İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən, əməyin mühafizə qaydalarının pozulmasına görə aşağıdakı hallarda 500 manatdan 1.000 manatadək məbləğdə cərimə tətbiq edilir:
- əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;
- binaların, qurğuların, avadanlığın və texnolofi proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;
- bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitini və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına, eləcə də
- işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə;
- normal əmək və istirahət reiiminə riayət edilməməsinə;
- işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;
- işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə;
- kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə ola normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə;
- maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə.
Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və maddədə nəzərdə tutulmuş əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsini təmin etməlidirlər.
Misal 2: “A” müəssisəsi yoxlanılarkən işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini yoxlamaq məqsədilə texniki təhlükəsizlik kitabı tələb edilib və müəssisə tərəfindən belə bir uçot aparılmadığı məlum olub. Bu halda, müəssisə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinəd göstərilib ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə 1.000 manatdan 1.500 manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 198.3-cü maddəsində isə qeyd olunub ki, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 199-cu maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə işəgötürən 700 manatdan 1.500 manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 200-cü maddəsində isə göstərilb ki, işəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin rəhbərinin və mütəxəssislərinin öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə 1.200 manat məbləğində cərimə edilir.
Misal 3: Əməyin mühafizəsi xidmətinin mütəxəssisi müəssisədə eyni zamanda, təsərrüfat işlərinə nəzarət edir. Əmək Məcəlləsinin 223-cü maddəsinin 4-cü bəndinə əsasən, əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid ülmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borcrını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bu xətaya görə 1.200 manat məbləğində cərimə tətbiq olunur.
İnzibati Xətalar Məcəlləsinin 205-1-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Misal 4: “B” müəssisəsində reabilitasiya müəssisəsində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi halı müəyyən edilib. Əmək Məcəlləsinin 79-cu maddəsin 3-cü bəndinə əsasən, müəssisənin ləğv edilməsi halları istisna olmaqla müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
Əmək müqaviləsinə xitam verilməsi halı qanunsuz edildiyi üçün, işçi işə bərpa edilməklə müəssisəyə 300 manatdan 500 manatadək məbləğdə cərimə kəsiləcək. Müəssisənin ləğv edilməsi halı baş verərsə, cərimə tətbiq edilməyəcək.
Məcəllənin 205-1.2-ci maddəsinə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliidəsini yi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılx masi ilə bağlı yərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərək ödənilməməsinə görə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə edilir.
Misal 5: “A” müəssisənin işçisi istehsalatda bədbəxt hadisə nəticəsində istehsalat zədəsi alıb. İşçi istehsalatda bədbəxt hadisələrə qarşı icbari sığorta olunmayıb. Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə görə, istehsalatda baş vermis bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Bu halda 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilə bilər.
İnzibati Xətalar Məcəlləsinin 539.1-ci maddəsində göstərilib ki, əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin ağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunveriiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra akimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarın yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 1.000 manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.
Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdiməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüMünun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərcləri müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər 1.000 manat məbləğində, hüquqi şəxslər 2.000 manat məbləğində cərimə edilir.
Misal 6: Müəssisənin insan resurları üzrə mütəxəssisi işçini, əmək müqaviləsinə səhv nəticəsində 73-cü maddə əvəzinə, 70-ci madda, nin “ç” bəndi ilə xitam vermişdir. İşçi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edilmiş və işçinin əmək kitabçasında müvafiq düzəlişlərin edilməsi tələb olunub. Buna baxmayaraq, göstərişin icra edilməməsi ilə bağlı yenidən şikayət edilib və nəticədə müəssisə 2.000 manat məbləğində cərimə edilib.
Məcəllənin 539.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin İş yerlərinə buraxılmamasına (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər 3.500 manatdan 5.000 manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 540.1-ci maddəsində göstərilib ki, işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə edilir.
Misal 7: Müəssisə yeni filialın açılması ilə bağlı filial menecer vəzifəsi üzrə işçi qəbul etmək üçün ƏƏSMN-nin məşğulluq alt sistemində (e-sosial.az) vakansiyanıelektron informasiya sisteminə daxil edilməmişdir. Bu halda 500 manatdan 1.000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci beş iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Misal 8: Yeni iş yerinin yaranmasına dair müəssisə tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilmişdir. Lakin məşğulluq orqanı tərəfindən həmin boş iş yeri üzə göndəriş göndərilsə də işəgötürən tərəfindən beş iş günü müddətində göndəriş cavablandırılmamış və ya beş iş günündən gec cavablandırılıb. Bu halda 300 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq edilir.
Məcəllənin 540.4-cü maddəsində göstərilib ki, Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsinin işəgötürən tərəfindən müvafiq həmkarlar ittifaqı orqanlarına əvvəlcədən (azı 3 ay əvvəl) yazılı məlumat verilmədən və ya işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmadan həyata keçirilməsinə görə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 540.5-ci maddəsinə əsasən, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci və 4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulmasına görə
- vəzifəli şəxslər 50 manatdan 100 manatadək;
- hüquqi şəxslər 100 manatdan 200 manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin 1-ci bəndində bəzi maddələr üzrə törədilmiş inzibati xəta barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati cərimənin şərfi olaraq tətbiq edilməsi haqqında qərar çıxarılması nəzərdə tutulub. Şərti cərimə tətbiq edilən əmək qanunvericiliyinə dair maddələr Məcəllənin 192.6, 192.10, 192.11, 2, 203, 539, 540.3 — 540.5 maddələridir.
İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.
İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiy, yətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən beş iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur.
Misal 9: İşçi sosial məzuniyyətdə olduğu vaxtda əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə onun əmək müqaviləsinə xitam verilib. Halbuki Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, işçinin məzuniyyətdə olduğu dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
Qeyd edilən hal İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 6-cı bəndində nəzərdə tutulmuş cərimə öhdəliyi yaradır. Maddəyə görə, vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə edilir. Bu halda həmin xətanı törətmiş vəzifəli şəxsə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün bir ayadək müddətə vaxt verilir. İşəgötürən işçini işə bərpa edir və bu barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verir. Səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən beş iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır, məlumat təsdqini taparsa, cərimə tətbiq edilmir.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı