Ölkə əhalisinin gəlirləri açıqlanıb

2022.09.15 17:58 (UTC+04:00)

İlkin məlumatlara görə, 2022-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20 faiz artaraq 44 milyard 481,2 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 4423 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirləri 39 milyard 629,6 milyon manat təşkil edib.