Bu ilin 8 ayında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 6,2 faiz və ya 202 milyon manat çox olub

2022.09.15 12:08 (UTC+04:00)

Sosial sığorta daxilolmaları son 8 ayda proqnoza nisbətən 2,8 faiz və ya 81 milyon manat artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 7,6 faiz və ya 267 milyon manat çox olmaqla 3 milyard 780 milyon manat təşkil edib.
Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-avqust aylarında proqnoza nisbətən 2,8 faiz və ya 81 milyon manat artaraq 2 milyard 948 milyon manat olub.
DSMF-nin son 8 ayda xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz və ya 202 milyon manat artaraq 3 milyard 467 milyon manata çatıb.