Bakı-Tbilisi-Ərzurum kəməri ilə 13 milyard kubmetrdən çox təbii qaz ötürülüb

2022.09.14 16:32 (UTC+04:00)

Yanvar-avqust aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 25 milyard 534,6 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 12,8 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, səkkiz ayda qaz nəqlinin 52,7 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 13 milyard 455,3 milyon kubmetr təbii qaz ixrac edilib.