Neft-qaz sənayesi üzrə qiymət indeksləri 251,2 faiz artıb

2022.09.14 13:21 (UTC+04:00)

Avqustda iyula nisbətən istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 92,9 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sənayesi üzrə qiymət indeksləri cari ilin avqustunda ötən ilin müvafiq dövrünə nisbətən 228,8 faiz, bu ilin yanvar-avqust aylarında isə keçən ilin analoji dövrü ilə müqayisədə 251,2 faiz artıb.
Bu ilin yanvar-avqust aylarında 2021-ci ilin müvafiq dövrünə nisbətən neft-qaz sənayesində sənaye məhsullarının istehsalçı qiymətləri indeksinin 216,4 faiz artımı qeydə alınıb.