Emal sənayesində 11,6 milyard manatlıq məhsul istehsal olunub

2022.09.14 12:47 (UTC+04:00)

Emal sənayesində 2022-ci ilin yanvar-avqust aylarında 11 milyard 584,2 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 13,2 faiz, tütün məmulatlarının istehsalında 2,4 faiz artım, içki istehsalında isə 6,1 faiz azalma müşahidə edilib.
Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 24,7 faiz, kərə yağının istehsalı isə 0,3 faiz, duru bitki yağlarının istehsalı 0,1 faiz artıb.