Yanvar-avqust aylarında 84,8 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

2022.09.13 16:50 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkədə 84 milyard 880,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2 faiz azalıb, qeyri- neft-qaz sektorunda isə 10,3 faiz artıb. ÜDM istehsalının 52,5 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8440,1 manata bərabər olub.