Cari ilin yanvar-avqust aylarında əsas kapitala 9 milyard 117 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,1 faiz azalıb, qeyri- neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 22,5 faiz artıb.
İstifadə olunmuş vəsaitin 5 milyard 306,3 milyon manatı və ya 58,2 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 292 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 518,7 milyon manatı (5,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.