Vaxtında təqdim olunmayan vergi bəyannamələrinə görə maliyyə sanksiyası tətbiq edilir

2022.09.13 11:17 (UTC+04:00)

Bu ilin avqust ayı üzrə Gəlir vergisi (Xüsusi notariuslar üzrə), Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi, Mədən vergisi, Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri 2022-ci il sentyabrın 20-dən gec olmayaraq təqdim olunmalıdır.
Qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda vergiödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.