Avropa ölkələri hər il saxta dərman ticarətindən külli miqdarda vergi itirir

2019.04.26 18:43 (UTC+04:00)

Dünyada saxta dərman dövriyyəsinin illik həcmi 200 milyard dollara çatıb. Beynəlxalq Dərman Təhlükəsizliyi İnstitutunun araşdırmasına görə, saxta dərman satışı son beş il ərzində 60 faiz artıb. Araşdırmada qeyd olunub ki, saxta dərman dövriyyəsi ildə dünya dərman bazarının 20 faizini təşkil edir. Bu isə Avropa ölkələrində ildə ən azı 1 milyard 700 milyon avro vergi itkisinə şərait yaradır.