İşğaldan azad edilmiş ərazilərdə nağdsız ödəniş imkanları genişləndirilir

2022.09.13 12:51 (UTC+04:00)

Mərkəzi Bankın təşəbbüsü ilə Zəngilan rayonununAğalı kəndində “ağıllı kənd” konsepsiyasının ənmühüm komponentlərindən biri olan nağdsız ödənişekosisteminin formalaşdırılması məqsədilə tədbirlərkeçirilib.

Mərkəzi Bankın məlumatına görə, bank sektoru vəbeynəlxalq kart təşkilatlarının iştirakilə rəqəmsalödəniş həllərinin tətbiqi kənd sakinlərinin maliyyəxidmətlərindən istifadə imkanlarını artırmaqla rahat, sürətli və təhlükəsiz ödənişlərin qəbuluna imkanyaradır.

“Həyata keçirilən tədbirlər çərçivəsində Ağalıkəndində fəaliyyət göstərən təsərrüfat subyektlərinağdsız ödənişlərin qəbulu üçün tələb olunan bütünzəruri vasitələrlə təmin olunub. Alternativ ödənişimkanlarının formalaşdırılması məqsədilə Ağalıkəndində ödəniş terminalları quraşdırılmış, bank hesabları və ödəniş kartlarına 24/7 rejimində mədaxilimkanı yaradılıb. Ödəniş kartlarının əldə olunmasıüçün müraciət edən şəxslərə bank hesabları açılıb vəonlara ödəniş kartları təqdim olunub”.

Qeyd edək ki, Mərkəzi Bankının təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Kapital Bank” ASC və “Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə Ağalı kənd orta məktəbininşagirdləri üçün “Smart təhsil kartı” layihəsi uğurla icraolunub. Layihə çərçivəsində həm məktəbli kartı, həmdə nağdsız ödənişlərin həyata keçirilməsinindəstəklənməsi funksionallıqlarını özündə birləşdirənsmart təhsil kartları şagirdlərə təqdim edilib.

Mərkəzi Bankdan bildirilib ki, Ağalı kəndindəyaradılmış nağdsız ödəniş infrastrukturundanistifadənin stimullaşdırılması məqsədilə “AzərbaycanBeynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC və“Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilətəsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə xüsusi“cashback” layihələrinə start verilib. Bununla yanaşı, əhalinin maliyyə savadlılığının artırılması məqsədiləbütün hədəf qruplarını əhatə edəcək maarifləndiricitədbirlər proqramı hazırlanıb. Proqram çərçivəsindəməktəblilər üçün nəzərdə tutulan vebinarlarda iştirakınstimullaşdırılması məqsədilə məktəblilərin hamısıplanşetlərlə təmin olunub.

Mərkəzi Bankdan bildirilib ki, “ağıllı kənd” konseptiəsasında həyata keçirilən nağdsız ödəniş layihələrinindigər regionlarda da tətbiqi nəzərdə tutulur.