Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre arasında görüş keçirilib.
KOBİA-dan bildirilib ki, görüşdə hər iki ölkənin biznes qurumları arasında əlaqələrin genişləndirilməsi imkanları və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə nümayəndə heyətinin Cenevrəyə gözlənilən səfəri müzakirə edilib.