“AYİB (European Bank for Reconstruction and Development (EBRD)) prezidenti xanım Odil Reno-Basso ilə işgüzar müzakirələrimizdə energetika, xüsusilə bərpa olunan enerji, KOB-ların dəstəklənməsi, dövlət müəssisələri ilə əməkdaşlıq, biznes mühiti və informasiya texnologiyaları ekosisteminin yaxşılaşdırılması, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə bankın potensial iştirak imkanları barədə ətraflı fikir mübadiləsi apardıq. Perspektivlər əməkdaşlığın dərinləşdirilməsi üçün cəlbedicidir”. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.