“AYİB (European Bank for Reconstruction and Development (EBRD)) prezidenti xanım Odil Reno-Basso ilə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirə apardıq”. Bu haqda iqtisadiyyat naziri məlumat verib: “Bu gün imzalanan sənədlərə əsasən, Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə AYİB tərəfindən dövlət zəmanəti olmadan irihəcmli kreditin ayrılması, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində “Küçələrin işıqlandırılması” layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur”, - deyə nazir Mikayıl Cabbarov əlavə edib.